Yuxarı

Azərbaycan Ordusu 2 km içəri girib: çıxmayacaq – Poqosyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Qaragöl istiqamətində irəliləməsi ilə bağlı Zəngəzur (Sünik) vilayətinin qubernatoru Melikset Poqosyan danışıb.

Axar.az xəbər verir ki, o, erməni mediasına açıqlamasında Azərbaycan Ordusunun əmr yerinə yetirdiyini bildirib.

“Onlar əsgərdir, rəhbərliyin əmri olmasa, geri çəkilməyəcəklər. Azərbaycan Ordusunun əlində hansısa xəritə var və o xəritə əsasında sübut etmək istəyirlər ki, bu ərazilər Azərbaycana məxsusdur”, - o bildirib.

“Azərbaycan Ordusu nə qədər irəliləyib” sualına isə Poqosyan “1,8-2 kilometr” cavabını verib.

Poqosyan deyib ki, hazırda danışıqlar davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Ordusunun bu gün səhər saatlarında Qaragöl istiqamətində 3 km irəlilədiyi və orda mövqe tutduğu haqda erməni mediası məlumat yaymışdı. Bildirilirdi ki, tam silahlanmış 200 əsgər GPS və xəritə əsasında bu ərazilərin Azərbaycana məxsus olduğunu müəyyənləşdirib və sərhədi qabağa çəkiblər.

Xatırladaq ki, Qarabağ və ətraf rayonların işğalda saxlanıldığı zaman Ermənistan sərhədi qanunsuz olaraq irəli çəkərək, örüş sahələri, su mənbələri, qızıl yatağı (Söyüdlü) və s. təbii sərvətləri mənimsəmişdi. 44 günlük Vətən savaşından sonra sərhədlərin dəqiqləşməsi prosesi gedərkən Müzəffər Azərbaycan Ordusu qanuni torpaqları bərpa etdikdə isə ermənilər hay-küy salaraq, guya bu ərazilərin onlara məxsus olduğunu iddia edib, zəbt etdiyi ərazilərin bir hissəsini də olsa, saxlamağa çalışırlar.

Tarix
2021.05.12 / 23:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla