Yuxarı

Ordumuz sərhədi bərpa edir - Nikol təcili TŞ-ni topladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz sərhədi bərpa edir - Nikol təcili TŞ-ni topladı

Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir. İclasın gündəliyi açıqlanmasa da, Zəngəzurda (Sünik) baş verənlərin - Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etmək məqsədilə Gorus istiqamətində 3 kilometrə qədər irəliləməsi məsələsinin müzakirə edildiyi şübhəsizdir.

Erməni mediası yerli mənbələrə istinadən Azərbaycan Ordusunun irəli çəkdiyi mövqelərdən geri çəkilmədiyini yazır. Danışıqlar nəticə verməyib, sabah yenidən cəhd edəcəklər.

Ermənistan xarici işlər naziri vəzifələrini icra edən Ara Ayvazyan rusiyalı həmkarı Lavrovla danışıb və Azərbaycanın əvvəlki mövqeyə qaytarılmasını xahiş edib. Ardınca Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqraşak Arutyunyan arasında telefon söhbəti olub. Rəsmi məlumata görə, tərəflər Qarabağdakı rus sülhməramlıların fəaliyyətini müzakirə ediblər. Lakin Laçın-Gorus sərhədində baş verənlərin müzakirə edildiyi də istisna deyil.

Mümkündür ki, Ermənistan telefon trafikində ruslardan istədikləri dəstəyi almayıblar. Çünki məsələ dövlət sərhədinin bərpasından gedir və bu məsələnin başa çatdırılması ilə bağlı Moskvanın vasitəçiliyi ilə şifahi razılaşmalar var. Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi də bununla bağlıdır və iclasda daha çox bu hadisədən sonra Zəngəzurda yarana biləcək gərginliyin qarşısını almaq məsələsi müzakirə oluna bilər.

Tarix
2021.05.13 / 01:26
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla