Yuxarı

Ərdoğanın Şuşaya tarixi səfəri: Nə vaxt və kimlərlə gəlir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana, daha dəqiq desək Şuşa şəhərinə səfəri baş tutacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov qeyd edib. O bildirib ki, Ərdoğan Şuşaya səfər edəcək ilk Türkiyə dövlət başçısı olaraq tarixə düşəcək:

“Bu mənada bu səfəri tarixi səfər kimi də dəyərləndirmək olar. Verilən bəzi məlumatlara görə, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da bu səfərdə iştirak etməlidir.

Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Milliyətçi Hərəkat Partiyanın başçısı Dövlət Baxçalının Şuşaya birgə səfərinin çox böyük önəmi var və bu səfər bəzi böyük dövlətlərə mesaj xarakteri daşıyır. Bu səfər çərçivəsində həmçinin bir neçə obyektin açılışı da gözləniləndir. Həmçinin gözlənilir ki, bu səfər çərçivəsində tərəflər arasında hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bəzi razılıqlar olsun”.

Qeyd edək ki, Ərdoğanın Bakıya və Şuşaya tarixi səfəri Ramazan bayramından sonra nəzərdə tutulsa da, konkret tarix açıqlanmayıb.

Tarix
2021.05.15 / 14:38
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla