Yuxarı

Türkiyədəki hadisələrin arxasında dayananlar bəlli oldu – ŞOK

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədəki hadisələrin arxasında dayananlar bəlli oldu – ŞOK

Türkiyədə keçirilən rüşvət əməliyyatının arxasında türk əsgərinin başına Şimali İraqda çuval geyindirməklə məşhur olan Devid Petreus dayanıb.

"Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə hökumətinə yaxınlığı ilə seçilən mətbuat orqanları yayıblar.

Mətbuatın Milli İstihbarat Təşkilatındakı mənbələri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan D.Petreusun bunun üçün xüsusi təşkilat yaratdığını da bildirib:

"Türk iqtisadiyyatı 2013-cü ildə ən yüksək səviyyəyə çatdı. Daha sonra isə D.Petreusun rəhbər olduğu təşkilata Ərdoğanı devirmək üçün 25 milyard dollar ayrıldı. Bu təşkilatın adı KRR (Kolhberg Kravis Roberts) oldu. D.Petreus isə bunun başına may ayında gətirildi".

MİT-in əldə etdiyi məlumatlarda Türkiyədə hadisələri qızışdırmaq üçün məşhur mətbuat orqanlarının da istifadə edildiyi bəlli olub: "Ən məşhur qəzetlər bu oyunda yer aldılar. "Faynenşıl Tayms", "Qardian", "WSJ", "Der Şpiqel" hətta "Tudeys Zaman"da bunların içində vardı".

Beynəlxalq Valyuta Fondunun da KRR ilə əməkdaşlıq etdiyi bəlli olub. Burada əsas məqsədin isə Türkiyəni yenidən maliyyə cəhətdən özündən asılı vəziyyətə salmaqdan ibarət olduğu qeyd edilib.

KRR-in idarəçiləri içində çox təhlükəli bir şəxsin adı da yer alıb. Bunun Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Neyson Riçard Perlen olduğu bildirilib:

"Qaranlıqlar şahzadəsi" kimi tanınan Perlenun dünyaca məşhur iqtisadi böhranların əsas təşkilatçılarından biri olduğu bildirilir.

Qeyd edək ki, dərc edilən məlumatlar MİT-in adını çəkilməsini istəməyən nümayəndəsinin jurnalistə verdiyi informasiyalar əsasında hazırlanıb.

Tarix
2014.01.01 / 18:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla