Yuxarı

AKP MHP-nin şərtlərini qəbul edərsə… – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AKP MHP-nin şərtlərini qəbul edərsə… – Rəy

AKP-MHP koalisiyası hazırda ən mümkün ittifaq kimi görünür.

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Natiq Cəfərli çıxış edib. Ekspert hazırda koalisiya mərhələsini yaşayan Türkiyədə mümkün ittifaqlaşma ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:

"AKP və MHP seçim profili bir-birinə çox yaxındır, ümumi dəyərləri çoxdur, amma belə bir ittifaqın yaranması üçün AKP ciddi şəkildə geri addım atmalıdır:

1) Ərdoğan öz sarayına çəkilir, siyasətə qarışmır;

2) "Kürd açılımı" məsələsi gündəmdən çıxır.

Əgər bu şərtlərlə MHP koalisiya ortağı olsa, AKP kürd səslərini tam itirəcək və onlar HDP-yə daha sürətlə keçəcək, MHP isə əksinə, güclənəcək. İqtidar ortaqlığının verdiyi avantajlarla növbəti seçkilərdə AKP-dən milliyyətçi səsləri daha rahat qoparacaq. Belə bir koalisiya CHP-ni də gücləndirəcək. CHP ana müxalifət rolunu istifadə edərək tənqidini və ritorikasını sərtləşdirəcək və növbəti seçkilərdə arzu etdiyi 30 faizlik sərhəddi aşma şansına sahib olacaq".

N.Cəfərli ikinci mühüm koalisiya varinatına, AKP ilə CHP-nin ittifaqına da toxunub:

"Nə qədər qəribə səslənsə də, belə bir koalisiyanın qurulması həm MHP-yə, həm HDP-yə sərf edir.

1) Hər ikisi ana müxalifət roluna iddialıdır, müxalifətdə qalmanın rahatlığı ilə hökumətin hər addımını tənqid edirlər;

2) AKP ilə koalisiyanı bağışlamayan CHP-nin hədsiz sol və liberal qanadı HDP-yə meyl edəcək;

3) CHP ilə koalisiyanı həzm etməyən cümhuriyyətçi, amma dindar milliyətçi olan AKP seçicisi MHP-yə, dindar kürd seçicisi isə HDP-yə üz tutacaq".

Tarix
2015.06.22 / 09:10
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla