Yuxarı

Konstitusiya Məhkəməsi professorun işini araşdırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konstitusiya Məhkəməsi professorun işini araşdırdı

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri M.Məmmədovun və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri E.Əsgərovun, mütəxəssis - Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ə.Novruzovun mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələri Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etmir.

Məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin olunması məsələsini həll edərkən, ilk növbədə, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tarix
2021.05.17 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

Japarov və Abbas İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev və Şahbaz Şərif birgə nahar etdi

Tiflisdə azərbaycanlılara zorakılıq edəni hansı cəza gözləyir?

Hikmət Cavad Ukraynanın xüsusi mükafatı ilə təltif edildi

Ramil Usubov Sergey Şoyqu ilə görüşdü

Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla