Yuxarı

Moskva İrəvandan üz döndərir – Qarabağ faktı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Belçika hökumətinin Rusiyanın diplomatik hesablarına qoyduğu həbsin aradan qaldırılması ilə bağlı qərarı bu ölkənin özü üçün də vacibdir".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. O bildirib ki, burada söhbət heç də məhkəmə qərarının tam dəyişməsindən getmir:

"Üzərindən həbs götürülmüş mülkiyyətin hamısı Rusiyanın YUNESKO-dakı nümayəndəliyinə, Belçikadakı diplomatik və digər başqa mənbələrinə məxsusdur. Siyasilərin işə qarışması ilə məsələ qismən həll olunub. Çünki həbsin aradan qalxması ilə sözügedən diplomatik missiya Moskva ilə əlaqələri tənzimləyir və bu, Belçikanın özü üçün də vacibdir. Görünür, Rusiyanın xahişi ilə həmin müəssisələrin fəaliyyətinə bundan sonra əngəl törədilməyəcək. Ancaq "YUKOS Universal Limited" şirkətinin qaldırdığı məhkəmə iddiası və udduğu vəsaitin miqdarı mütləq hansısa formada Rusiyadan tələb ediləcək. Yəni Belçika məhkəməsinin qaldırdığı iddia öz gücündə qalır".

Politoloq Rusiyada son bir neçə gündür davam edən etiraz aksiyalarına da münasibət bildirib:

"Rusiyada baş qaldıran son etirazlar artıq ənənəvi xarakter almağa başlayıb. Bir müddət əvvəl bu cür etirazlar Sibirin bir sıra şəhərlərini bürümüşdü. Ural dağlarından o tərəfə Sibirin tamamilə ayrılaraq gah Amerikanın, gah da Çinin tərkibinə daxil edilməsi ilə bağlı Rusiyanın ərazi bütövlüyünə xələl gətirə biləcək separativ şüarlar irəli sürülürdü. Bu kimi etirazların bundan sonra da olacağı istisna deyil".

İrəvandakı kütləvi çıxışların isə daha çox Qarabağla bağlı olduğunu deyən politoloq bunun Moskvanın dəyişən mövqeyindən qaynaqlandığını bildirib:

"Moskva işğal olunmuş Azərbaycan torpaqlarının geriyə qaytarılması istiqamətində addımlar atmağa başlayıb. Ermənilər də müxtəlif bəhanələr gətirərək Rusiyaya qarşı kütləvi təzyiqlərə start veriblər. Ancaq bunların heç bir əhəmiyyəti olmayacaq. Çünki ortada işğal faktı var. Rusiyanın özünün strateji dövlət maraqları var. Bu maraqlar da məhz bu cür hərəkət etməyi tələb edir. Bunun fonunda da Ermənistanın Rusiya üçün oynadığı rol o qədər də böyük əhəmiyyət daşımır".

Tarix
2015.06.23 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla