Yuxarı

Xankəndidəki ermənilər: Hər şey bitdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyevin Zəngəzur dəhlizi üzərində iş getdiyi və Qarabağa heç bir statusun verilməyəcəyi haqda son çıxışında dediyi fikirlərdən sonra Xankəndidəki ermənilər “hər şeyin bitdiyini” hesab edirlər.

Separatçı “parlamentin” keçmiş “deputatı” Arzik Mkitaryan mövcud vəziyyəti belə təsvir edir:

- Ermənistan-Azərbaycan sərhədinin gündəmdə olduğu vaxt Qarabağ məsələsindən söhbət gedə bilməz, Bakı bu ərazilərin Azərbaycana məxsus olduğunu davamlı olaraq söyləyir, Ermənistandan isə heç bir reaksiya görmürük;

- Bu gün “Artsax”ın (Qarabağ) sərhədləri yoxdur, Azərbaycanın hərbi karvanı “Artsax”dan keçib, Kəlbəcərə gəlir, erməni əhalinin gözləri önündən keçib Şuşaya yük daşıyırlar, bu onu təsdiqləyir ki, artıq Qarabağda bizim sərhədimiz yoxdur;

- Ermənistanda da artıq bizim gələcəyimiz gündəmdə deyil;

- Əhali problemlər içindədir və heç kim kömək etmir.

Erməni mənbələrin Xankəndidə baş verənlərlə bağlı daha bir informasiyası diqqət çəkir. Məlumatlara görə, baş separatçı Araik Arutyunyan “hərbçilərlə” görüşərək, “ordu”nun ixtisara salınması məsələsini müzakirə edib.

Azərbaycan Ordusu isə son bir həftədə iki dəfə anti-terror əməliyyatının məşqini edib.

Tarix
2021.05.23 / 09:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla