Yuxarı

İlham Əliyev hərbi rütbələr verdi: 9 sərəncam - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:55

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ziyad Səmədzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyad Əliabbas oğlu Səmədzadə "Şərəf" ordeni ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hüseynbala Mirələmovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hüseynbala Fazil oğlu Mirələmov "Şöhrət" ordeni ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dəniz nəqliyyatı işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif ediliblər:

Abbasov Əmrah İmran oğlu

Abişov Fizuli Məhəmməd oğlu

Cabbarov Fəhrad Nəriman oğlu

Əliyev Şirindil Şirinəli oğlu

Həsənov Rəsul Rəhim oğlu

Xəlilov Xanlar Xələf oğlu

Qarayev Taleh Mürvət oğlu

Qocayev Həşim Seyfulla oğlu

Qurbanov Taqət Allahqulu oğlu

Mehtiyev Asif İsmayıl oğlu

Məmmədov Fərhad Rauf oğlu

Məmmədov Raquf İslam oğlu

Mustafayev Oktay Rəcəb oğlu

Namazov Həsrət Əsəd oğlu

Tahirov Rasif İman oğlu.

19:08

İlham Əliyev Q.B.Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Qulu Böyükağa oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

19:23

İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilsin:

"Xalq artisti"

Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

"Əməkdar mədəniyyət işçisi"

İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant

Bayramova Zəminə Məhəmməd qızı

"Əməkdar müəllim"

Həsənova Lalə Sadıq qızı

Məmmədov Bayram Heydər oğlu

"Əməkdar həkim"

Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki

Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki

İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.

***

İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1292-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1292-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

20:11

İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərənamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Axundzadə Yusif Yevgeniyeviç

polkovnik Eyyubov Teymur Tərlan oğlu

polkovnik Əliyev İkram Zülfü oğlu

polkovnik Hüseynov Zahid İbrahim oğlu

polkovnik Orucov Elman İzzət oğlu.

***

İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Tahirov Ramiz Firudin oğlu – general-leytenant

Cəbrayılov Xəqani Sərdar oğlu – general-mayor

Əliyev Rasim Məmmədəli oğlu – general-mayor

Mirzəyev Hikmət İzzət oğlu – general-mayor

Əlibəyov Elxan Əlibəy oğlu – polkovnik

Əliyev Pərviz Abid oğlu – polkovnik-leytenant

"Vətən uğrunda" medalı ilə:

Bayramov Namiq Süleyman oğlu – polkovnik

Eminov Məmməd Şəmil oğlu – polkovnik

Qurbanov Abdulla Novruz oğlu – polkovnik

Rzayev Mübariz Mehman oğlu – polkovnik

Məmmədov Vüqar Seyidbala oğlu – polkovnik

"İgidliyə görə" medalı ilə:

Dadaşov Haqverdi Xudaverdi oğlu – polkovnik-leytenant

Ələkbərov Pərviz Ağasalam oğlu – polkovnik-leytenant

Hafizov Ervin Hacımurad oğlu – kapitan

Seyidov Mirxəyal Mirsadıq oğlu – baş leytenant

Həsənov Ülfət Viktor oğlu – gizir

Teymurov Pəncəli Nurməmməd oğlu – gizir

Umarov Sabir Kamil oğlu – gizir

"Tərəqqi" medalı ilə:

Namazov Fəxrəddin Hümbət oğlu

Rəfiyev Hüseyn Səfər oğlu

Seyranova Rimma İsrayıl qızı

"Hərbi xidmətlərə görə" medalı ilə:

Həsənov Hikmət Hüseyn oğlu – general-mayor

Bağırov Gəray Abbas oğlu – polkovnik

Əhmədov Qurban Möylə oğlu – polkovnik

Əliyev Elsevər Sərhəd oğlu – polkovnik

Əliyev Faiq Xanlar oğlu – polkovnik

Əmirov Rüfət Məzahir oğlu – polkovnik

Həsənov Elşad Humay oğlu – polkovnik

Quliyev Azər Xudam oğlu – polkovnik

Qurbanov Məlikməmməd Oruc oğlu – polkovnik

Xəlilov Vasif Tofiq oğlu – polkovnik-leytenant

Mehrəliyev Sadiq Nadir oğlu – polkovnik-leytenant

Məmişov Natiq Gülağa oğlu – polkovnik-leytenant

Şirinov Rasət Suliddin oğlu – polkovnik-leytenant

Quliyev Samir Teymur oğlu – mayor

Həmidov Hikmət Xeyrəddin oğlu – baş gizir

Əliyev Eldar Rafiq oğlu – gizir

Əliyev Pərvin Səlahəddin oğlu – gizir (ölümündən sonra)

Əhmədov Elçin Rasim oğlu – kiçik gizir (ölümündən sonra)

Hüseynov Rahil Əfsər oğlu – kiçik gizir (ölümündən sonra)

Muradov İlqar Yusif oğlu – kiçik gizir (ölümündən sonra).

21:05

İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarını və Fondun maliyyə fəaliyyəti barədə beynəlxalq auditor təşkilatının rəyini nəzərə alaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası, gəlirlər 12 731 016,7 min manat, xərclər 10 117 207,4 min manat və ya Fondun 2014-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 109,5 faiz, xərclər üzrə 95,5 faiz səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilsin:

Sıra

N-si

Göstəricilər

min manatla

Gəlirlər cəmi:

12 731 016,7

o cümlədən:

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

12 319 846,6

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1 661,1

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

8 910,2

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

13 344,3

5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

387 204,8

6.

Digər gəlirlər və daxilolmalar

49,7

Xərclər cəmi:

10 117 207,4

o cümlədən:

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

299 998,2

2.

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə transfert

9 337 000,0

3.

Samur- Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

80 220,9

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

57 040,3

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi

33 493,7

6.

Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

223 538,3

7.

"Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi

39 999,3

8.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

45 916,7

Tarix
2015.06.24 / 21:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla