Yuxarı

NATO-da Azərbaycan Ordusu günü keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-da Azərbaycan Ordusu günü keçirildi - Foto

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO Mənzil Qərargahında rəsmi ziyafət keçirilib.

Azərbaycanın NATO yanında Nümayəndəliyindən APA-ya daxil olan məlumata görə, tədbirdə dövlətlərin NATO yanındakı səfirləri, diplomatik korpusun digər üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun idarə və agentliklərinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri iştirak ediblər.

Tədbir zamanı qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumat verilib. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusi qeyd edilib.

Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə, həmçinin hazırda Bakıda keçirilən I Avropa Oyunlarına dair video materiallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri və I Avropa Oyunları ilə bağlı simvolik hədiyyələr təqdim olunub.

Tarix
2015.06.26 / 02:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla