Yuxarı

Korotçenko: Minanın partlama videosuna diqqətlə baxın…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Kəlbəcər rayonundakı minalar Ermənistan tərəfindən bu yaxınlarda qoyula bilərdi. Bu versiyanı kənara qoymaq olmaz.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

"Videogörüntülərə diqqətlə nəzər salsaq, azərbaycanlı jurnalistlərin içərsində olan nəqliyyat vasitəsinin hərəkəti zamanı yolda qəribə izlərin (yeni qazılmış qruntdan sonra olduğu kimi) olduğunu müşahidə edə bilərik. “Kamaz” bu sahəni keçəndə partlayış baş verir. Yəni bu qazıntının təzə olduğu açıq-aydın görünür”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, əgər minalanma bu yaxınlarda baş veribsə – yəni sülh dövründə təxribat qrupu başqa dövlətin ərazisinə daxil olub və yolu minalayırsa, bu, şübhəsiz, beynəlxalq terrorizmdir:

“İstisna etmək olmaz ki, biz reqionda yeni təxribatların şahidi olacağıq. Bu, həm Azərbaycan vətəndaşlarına, həm də Rusiya sülhməramlılarına toxuna biləcək bir problem olacaq.

Yaranmış vəziyyətdə Ermənistana siyasi, iqtisadi təzyiq göstərmək lazımdır. Nə qədər ki, siyasi təzyiq yoxdur, nə qədər ki, kütləvi informasiya kampaniyası olmayacaq, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcək. Ermənistan başqa cür başa düşmür. Ancaq təzyiq!”

Tarix
2021.06.08 / 13:46
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla