Yuxarı

Solovyov: Azərbaycan Ordusu dayanmayacaqdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyov: Azərbaycan Ordusu dayanmayacaqdı...

Rusiya Ermənistanı və erməniləri real olaraq xilas etdi. Əgər Rusiyanın müdaxiləsi olmasaydı, Azərbaycan qoşunlarının harada dayanacağı məlum olmazdı.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın televiziya aparıcısı Vladimir Solovyov Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin keçmiş direktoru, Baş nazir postuna namizəd Artur Vanetsyanla müsahibəsi zamanı bildirib.

“Bütün savadlı insanlar nə baş verdiyini anlayırdı və Ermənistanın bütün bəlalarında Rusiyanı günahlandırmırdılar. İrəvanın özü belə “arsax”ı tanımaqdan çəkinirdisə, buna Rusiya nə etməli idi. Amma belə olduğu halda da Rusiya erməniləri atmadı. Ermənilər başa düşməlidir ki, əgər Rusiya olmasaydı, Azərbaycan Silahlı Qüvvələrini dayandırmaq mümkün olmazdı”, - Solovyov bildirib.

Buna cavab olaraq A.Vanetsyan qeyd edib ki, Rusiya adi ölkə deyil, Rusiya fövqəldövlətdir və onunla hesablaşmaq gərəkdir:

“Rusiya bizim yeganə müttəfiqimizdir. Rusiyanı günahlandıran erməniləri anlamıram”, - deyə Vanetsyan bildirib.

Tarix
2021.06.09 / 16:53
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla