Yuxarı

Qənirə Paşayeva qazilərlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva qazilərlə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Kulinariya Assosiasiyasının üzvü olan bir qrup qazi ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili qazilərin Milli Kulinariya Assosasiyasının üzvü olaraq öz işlərinə sevgi və peşəkarlıqla yanaşdığı kimi, Vətən çağırınca da silaha sarılıb torpaqlarımızın azad olunması uğrunda döyüşlərə atıldığını minnətdarlıqla qeyd edib:

"Siz, öz bilik, bacarıq və bütün digər imkanlarınızla Vətən uğrunda döyüşlərə atılmış, fədakarlıqla döyüşmüsünüz. Sizin şəhid olan cəbhə yoldaşlarınız olub, onların, bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, sizlərə mülki həyatda uğurlar diləyirəm. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevincinizi bölüşür, sizlərə təbrik və təşəkkürlərimi yetirirəm. Sizin kimi vətəncanlı gənclərimizlə hər zaman qürur duyacağıq.

Ulu Tanrıya çox şükürlər olsun, şəhid cəbhə yoldaşlarınızın qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm".

Q.Paşayeva qazilərə üzəri Azərbaycan bayrağı işləmli qol saatı və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Tarix
2021.06.12 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla