Yuxarı

Bakı metrosunda Avro-2020 ilə bağlı sosial posterlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda Avro-2020 ilə bağlı sosial posterlər

Ötən gün UEFA-nın futbol üzrə Avropa çempionatının final mərhələsinə ilk dəfə ev sahibliyi edən Azərbaycan daha bir irimiqyaslı mötəbər kütləvi idman yarışının tarixinə adını yazıb. “A” qrupunun Uels-İsveçrə oyunu Bakı Olimpiya Sadionunda keçirilib.

Axar.az xəbər verir ki, Bakı Metropoliteni qitə çempionatı ərəfəsində sərnişinlərinə bir neçə sosial əhəmiyyətli yeniliklərini təqdim edib. Səhər saatlarından 7 stansiyada (“İçərişəhər”, “Sahil”, “28 May”, "Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) üzərində “Ask me” yazılmış köynəklərlə könüllülərin fəaliyyətə başlaması metropolitendə artıq girişlərdən futbol həyəcanının başlanmasının bir nişanəsi kimi diqqət çəkib.

Bu günlərdə stansiyalarda monitorlarda, divarlarda isə statik lövhələrdə əks olunmuş mövzular sərnişinləri qitə futbol çempionatının Bakı günlərinə kökləyir. Sosial posterlərdən birinin mövzusu “Özünü qoru, oyundan həzz al” olmaqla sərnişinləri pandemiya şəraitində təhlükəsiz və sağlam qalaraq futbol oyunundan həzz almağa səsləyir. Əsas diqqət çəkən poster isə iki oyununu Bakıda keçirəcək Türkiyə millisinə dəstəyi ifadə edir. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin də yer aldığı poster “Türkiyə, ürəyimiz səninlə döyünür” deyə, iki qardaş ölkənin birliyini tərənnüm edir. Bakıdakı oyunların təqviminin də yer aldığı lövhələr isə hər günün tarixi hadisə olduğunu xatırladır.

Gücləndirilmiş iş rejimində çalışan metropolitenin qitə çempionatı ilə bağlı tədbirlər planı üzrə fəaliyyəti “Koroğlu” stansiyasında operativ qərargahdan yönləndirilib. Buradan bütün stansiyalara müvafiq təlimatlar, tapşırıqlar verilib, hər sahənin hazırlığı yoxlanılaraq, nəzarət təmin olunub.

Tarix
2021.06.13 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla