Yuxarı

Hüseynovun kürəkəni generalla mübahisə edib, işdən çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüseynovun kürəkəni generalla mübahisə edib, işdən çıxdı

Azərsu ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qızının əri, icra başçısının oğlu Turan Həsənzadə işdən çıxıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bir müddət əvvəl lüks avtomobili ilə sərxoş vəziyyətdə qəza törətməsi ilə gündəmə gələn Turan Həsənzadə Ədliyyə Nazirliyindəki vəzifəsindən ayrılıb.

Turan Həsənzadə ilə rəhbərlik arasında narazılıq yarandığı bildirilir. Generalla arasında yaranan mübahisədən sonra onun işdən çıxarılması qərarlaşdırılıb. Lakin T.Həsənzadə özü ərizə yazaraq işdən çıxıb.

Xatırladaq ki, martın 19-da gecə saat 1 radələrində qəza baş vermişdi. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku"nun qarşısında park vəziyyətində olan iki avtomobili vurmuşdu.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər vəzifələrdən birini tuturdu. Onun atası Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.

Tarix
2021.06.13 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla