Yuxarı

Zakir Həsənov poliqonda - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlığı üçün nəzərdə tutlan yeni təlim-atış mərkəzinin açılışında iştirak edib.

Müdafiə nazirinə mərkəz haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun olaraq keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda poliqonda istənilən şəraitdə hazırlıq məşqlərini keçmək məqsədilə müvafiq siniflər hazırlanıb.

Qısa müddətdə istifadəyə verilən poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığına yiyələnəcək və təcrübə qazanmaq imkanı əldə edəcəklər. Ərazidə hazırlanmış hədəf sahəsi tam kabelləşdirilib, avtomatik enib-qalxma hədəfləri, geri daxil olan məlumatlar və qiymətləndirmə avadanlığı ilə təmin edilib.

Müdafiə nazirinə şəxsi heyətin nəzəri biliklərinin artırılması üçün lazım olan yeni nəşr edilmiş təlim-metodik ədəbiyyat təqdim olunub. Bütün bunlar da hərbi tədris proqramlarının keyfiyyətlə öyrənilib mənimsənilməsinə, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılmasına, praktik vərdişlərinin möhkəmləndirilməsinə imkan verəcək.

Müdafiə naziri ərazidəki Mərkəzi idarəetmə məntəqəsi, atış və taktiki sahə, kəşfiyyat cığırı, taktiki zolaq, digər inzibati bina və qurğularla tanış olduqdan sonra kəşfiyyat bölməsinin praktiki hazırlığını və atəş nöqtələrində yerinə yetirilən təlim çalışmalarını izləyib.

Snayper hazırlığı kursunda təlim atışlarını izləyən nazir hədəflərin hamısını dəqiqliklə məhv edən peşəkarlıq və bacarığını, tezliklə cəbhə xəttinə yollanaraq digər hərbi qulluqçularla ön xəttdə xidmət etmək istəklərini yüksək qiymətləndirib.

Müdafiə naziri şəxsi heyətin daha peşəkar səviyyədə hazırlanması məqsədilə təlimlərdə müasir ordularda mövcud olan ən yeni təlim üsullarının öyrənilməsi, şəraitə uyğunlaşdırılması, qoşunların döyüş hazırlığında tətbiq olunması ilə bağlı tapşırıq və tövsiyələr verib.

Tarix
2015.06.29 / 11:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla