Yuxarı

Ceyhun Bayramov britaniyalı nazirlə telefonda danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov britaniyalı nazirlə telefonda danışdı

Xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, tərəflər arasında üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Vendi Morton iyunun 12-də Azərbaycan tərəfindən Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməninin qarşı tərəfə təhvil verilməsi ilə bağlı məmnunluq ifadə edib.

Dövlət naziri, tərəflər arasında gərginliyin aşağı salınması və etimad quruculuğunun artırılması baxımından bu addımı müsbət qiymətləndirib. V.Morton, həmçinin bu günlərdə mina partlayışından həyatlarını itirən Azərbaycanlı jurnalistlər və mülki şəxslə bağlı təəssüf bildirib və bu xüsusda başsağlığı ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.

Tərəflər, habelə bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə BP şirkəti arasında bu xüsusda imzalanmış anlaşma memorandumunu məmnunluqla qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
2021.06.14 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla