Yuxarı

Əflatun Amaşov çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əflatun Amaşov çağırış etdi

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mətbuatını mövhumatçılığa qarşı mübarizədə fəal olmağa çağırıb.

Publika.az-ın məlumatına görə, bu gün Bakı Dövlət Universitetində (BDU) keçirilən "Azərbaycan milli mətbuatı – 140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı Ə.Amaşov bildirib ki, bu istiqamətdə təhlükələr istisna deyil:

"Əgər mövhumatçılıq güclənsə, sabah "Azad Qadın" heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür? Biz bu məsələlər barədə düşünməliyik".

Ə.Amaşov həmçinin deyib ki, BDU-nun jurnalistika fakültəsində təhsil alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədəuyğundur: "BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələrin təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər. Bu, jurnalistikamızın inkişafı baxımdan vacibdir".

Tarix
2015.06.29 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla