Yuxarı

Köçəryanı həbs etmək üçün Paşinyan xalqdan kömək istədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryanı həbs etmək üçün Paşinyan xalqdan kömək istədi

Ermənistan əhalisi seçkidə səs verməklə 27 oktyabr 1999-cu ildə parlament teraktını düşünən və cəzadan qaçan şəxsə cavab imkanı əldə edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ararat şəhərində seçicilərlə görüşdə deyib.

Görüşdən öncə o, Vazgen Sərkisyanın abidəsi önünə çiçək qoymaqla da mesaj verib.

Paşinyan deyib ki, 27 oktyabrla bağlı istintaq terakt zamanı öldürülən deputat Yuri Baxşyanın xanımı Anait Baxşyanın ərizəsi əsasında yenilənib.

“İstintaq koronavirusa və müharibəyə görə təxirə salınmışdı. Ancaq hazırda istintaq davam edir və onu Milli Təhlükəsizlik Xidməti aparır. Ancaq siz cavabdeh hakimiyyətə qarşı yeni tədbir görə bilərsiniz. Öz səslərinizlə tələb edə bilərsiniz ki, o işin açılması üçün bütün tədbirlər görülsün”, - Paşinyan bildirib.

Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə parlamentdə baş verən terakt zamanı Baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçyan, vitse-spiker Ruben Miroyan, deputat Yuri Baxşyan və digər nazir və deputatlar öldürülmüşdü.

V.Sərkisyan və K.Dəmirçyan Qarabağ məsələsinin həlli, işğalın dayandırılması və kommunikasiyaların açılmasında israr edir və ilk dəfə olaraq Azərbaycanla vasitəçilər olmadan, birbaşa danışıqlar aparırdılar. Onların Qarabağ klanının (S.Sərkisyan və R.Köçəryan) qurduğu plan əsasında qətlə yetirildiyi bildirilir.

Tarix
2021.06.14 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla