Yuxarı

Dünyanın gözü bu tarixdə: sabah nə baş verəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yunanıstan Avrozonadan çıxarsa, dollar bahalaşacaq, neftin qiyməti isə aşağı düşəcək".

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. Onun sözlərinə görə, iyulun 1-i bütün dünya üçün əhəmiyyətli olan iki hadisə baş verəcək:

"Birincisi, iyulun 1-də Yunanıstan gecə saat 12-yə qədər Beynəlxalq Valyuta Fonduna (BVF) 1,6 milyard avro borcunu ödəməsə, ölkə texniki defoltla qarşılaşacaq. İkincisi, İranla Qərb dövlətlərinin danışığı yekunlaşır, tarixi sənəd imzalana və İran üzərindən sanksiyalar götürülə bilər. İki ölkə - Rusiya və İsrail bu anlaşmanın baş tutmamasını istəyir. Amma Rusiyanın həmlələri artıq dəf olundu - "biz İrana silah satacağıq, nefti alıb, mal verəcəyik" şantajı işləmədi. İsrail isə Küveytdə şiə məscidini partlatmağı təşkil etməklə son həmləsini etsə də, bu da boşa çıxdı. Obama İran rəhbərliyinə məktub yazıb, son məsələlər də demək olar ki, dəqiqləşdirilib. Çox güman ki, saziş sabah imzalanacaq. Bu, Azərbaycana da təsirsiz ötüşməyəcək. Eyni zamanda, Yunanıstan Avrozonadan çıxarsa, dollar bahalaşacaq, belə olan təqdirdə isə neftin qiyməti aşağı düşəcək. Bununla yanaşı sanksiyalar aradan götürüldükdən sonra İran aqressiv şəkildə neft bazarına girəcək ki, neftin qiyməti yenə də aşağı düşəcək".

Xatırladaq ki, Yunanıstan sabah Beynəlxalq Valyuta Fonduna (BVF) 1,6 milyard avro ödəməsə, Avrozonadan çıxmaq təhlükəsi ilə üzləşəcək.

Tarix
2015.06.29 / 23:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla