Yuxarı

Köçəryan bu gün seçkiləri udarsa... – Bakıya daha bir şans

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda bu gün keçirilən seçkidə mübarizənin əsasən Robert Köçəryanın “Ermənistan” (Hayastan) bloku və Nikol Paşinyanın Mülki Müqavilə Partiyası arasında gedəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, “Qallap”ın (Gallup) iki gün öncə açıqladığı son sorğunun nəticələrinə görə, Köçəryan blokunu dəstəkləyənlər 28,7%-ə qalxıb, Paşinyanı dəstəkləyənlər isə 25,2%-dir.

Müharibədən bir ay sonra keçirilən sorğuda cəmi 2 faiz civarında səsi olan Köçəryanın qısa müddətdə bu qədər güclənməsinin səbəbi Karapetyan, Vanetsyan da daxil olmaqla, bir çoxlarını öz ətrafında birləşdirməsi, o cümlədən Rusiyadakı diaspor və Rusiya hakim dairələrindəki bəlli dairələrin ciddi dəstəyidir. Əslində Köçəryanın ətrafında sözügedən şəxslərin birləşməsinin də Rusiyanın təsiri ilə baş verdiyi şübhəsizdir.

N.Paşinyan isə ənənəvi olaraq qərbyönlüləri təmsil edir və beləliklə, bugünkü seçki Ermənistanda qərbyönlülər və rusiyayönlülərin qarşılaşması kimi xarakterizə edilir.

Köçəryan “Qarabağ klanı”nı təmsil edir, təsadüfü deyil ki, onun İrəvanda keçirdiyi son mitinqdə iştirak edənlərin böyük əksəriyyəti Qarabağ erməniləri idi. Hətta o mitinqə hazırda Xankəndidə yaşayan ermənilərin də getdiyi (5 nəfər də mitinqə gedərkən qəzaya düşmüşdü) haqda səhih məlumatlar var. Ritorikasını revanşizm üzərində quran, mitinqində türkə nifrət püskürən Köçəryan Azərbaycana hansısa təhlükə kəsb edirmi?

Köçəryan bir neçə gün öncə tərəfdarları qarşısında çıxışında “Azərbaycanı qıcıqlandırmamağı” məsləhət görmüşdü. Eyni zamanda Ermənistanın hazırda Azərbaycana müqavimət göstərmək üçün heç bir imkanı – ordusu, iqtisadiyyatı, siyasi sabitliyi – olmadığını da qeyd etmişdi. Buna baxmayaraq, Köçəryan “iki il hazırlıq” vəd etmişdi. Onun sözlərinə görə, iki illik ordu quruculuğundan sonra Ermənistan Hadrut və Şuşanı geri tələb etmək gücündə olacaq.

Ancaq Köçəryan ənənəvi olaraq bir çox məqamı hesablamır: əvvəla, darmadağın olan erməni ordusunun bərpası üçün 2 il həddən artıq az müddətdir. İkincisi, Azərbaycan Köçəryana 2 il müddəti tanıyacaqmı? Oturub Ermənistanın toparlanmasını və qisas almasını gözləyəcəkmi?

Köçəryanın hakimiyyətə gəlişi Ermənistanın Qərb dəstəyinə də ciddi zərbə vuran faktora çevriləcək və demək, iqtisadi tənəzzülün yaxın illərdə qarşısının alınması ehtimalı sıfra enəcək. Bu isə Ermənistandan miqrasiyanı daha da sürətləndirəcək və revanşizm, indiyə qədər olduğu kimi, İrəvanı növbəti dalana doğru aparacaq. Bu halda hətta Rusiyanın erməni ordusunun bərpası üçün “hərbi hədiyyələri” də bir işə yaramayacaq. Ermənistan yenidən təcrid olunmanın acı nəticələrini isə növbəti dəfə yaşayacaq.

Köçəryanın hakimiyyətə gəlməsi Azərbaycanın aqressiyasını da artıracaq və 10 noyabr bəyanatının tələblərinin yerinə yetirilməsi üçün rəsmi Bakı bütün vasitələri dərhal işə salacaq. Bu sırada antiterror əməliyyatından tutmuş hərbi əməliyyatların aktivləşməsinə qədər, bütün variantlar gündəmdədir.

Köçəryanın qayıdışı Azərbaycanın ərazi bütövlüyünü daha sürətlə və ən sərt formada bərpası, sərhəd delimitasiya və demarkasiyasını tamamlaması, Zəngəzur dəhlizinin açılması üçün tələblərini güc müstəvisində göstərməsi deməkdir. Əvəzində isə Ermənistan heç bir istiqadi divident əldə edə bilməyəcək.

Bu baxımdan Köçəryanın hakimiyyətə qayıtması Azərbaycanın strateji baxımdan maraqları daxilindədir. Kommunikasiyaların bərpası, ərazi bütövlüyünün təmini fonunda Ermənistanın yenə təcrid vəziyyətində qalması və gələcəkdə hər hansı təhlükə kəsb etməməsi milli maraqlarımıza uyğundur.

Tarix
2021.06.20 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla