Yuxarı

Bakı ilə İrəvanın münasibətləri üçün şans yaranıb - Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə İrəvanın münasibətləri üçün şans yaranıb - Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Sivilizasıyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında görüş baş tutub.

XİN-dən Axar.az-a verilən məlumata görə, ali nümayəndəni səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuz bildirilib.

Ali nümayəndənin bölgəyə son səfərindən sonra bir çox dəyişikliyin baş verdiyini nəzərə alaraq, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə yeksan edilməsi, gündəlik əsasda insan həyatına təhlükə yaradan mina məsələsi, habelə ərazilərin yenidən qurulması üçün görülən işlər barədə danışıb.

İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması şansının yarandığı, bunun əsasında isə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin durduğu qeyd edilib.

Migel Angel Moratinos BMT Baş katibinin əsas siyasi-təhlükəsizlik aləti qismində çıxış edən Alyansın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Azərbaycanın Alyansa verdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Alyansın Azərbaycan ilə pandemiya sonrası əməkdaşlıq planlarının geniş olduğu diqqətə çatdırılb.

Görüşdə həmçinin qaqşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
2021.06.21 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırıb

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

Türkiyə DİN də Azərbaycanı təbrik etdi

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla