Yuxarı

Xankəndidə mitinq keçirildi - Köçəryan "ənənəvi" üsula əl atır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində, Xankəndi şəhərində ermənilər aksiya keçirib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, rus sülhməramlılarının geri qaytararaq yerləşdirdiyi və Rusiyanın humanitar yardımları ilə Qarabağda məskunlaşdırılmasına cəhd edilən ermənilər baş separatçı Araik Arutyunyanın istefasını tələb ediblər. Mitinqdə bildiriblər ki, Nikol Paşinyan və Araik Arutyunyanın sayəsində ermənilər müharibəni uduzub, onlar kapitulyasiyaya imza atıblar. Mitinqçilər hətta Arutyunyanı və Paşinyanı müharibə vaxtı yalan məlumat yaymaqda, məğlubiyyətlərə baxmayaraq, hər şeyin yaxşı olduğunu deməkdə ittiham ediblər.

Qarabağa yerləşdirilən ermənilərin 8 aydan sonra, “qəfildən” ayılmaları heç şübhəsiz ki, prosesin hansısa planın tərkib hissəsi olduğunu düşünməyə əsas verir. Belə ki, ötən gün Ermənistanda keçirilən parlament seçkilərində “Qarabağ klanı”nın rüsvayçı məğlubiyyətə uğraması və Paşinyanı təbrik edən ilk şəxsin Araik Arutyunyan olması revanşist dairələri hərəkətə keçirib.

Bəs niyə Qarabağ və Xankəndi?

20 iyunda Ermənistanda keçirilən seçkilərlə bağlı MDB, KTMT, ATƏT PA da daxil olmaqla, bütün beynəlxalq müşahidəçilər müsbət rəy verdilər. Bu isə o deməkdir ki, Rusiya birbaşa maliyyə, təbliğat, media, marionet ölkədəki şəbəkəsi ilə ciddi şəkildə dəstəklədiyi Köçəryanın acınacaqlı məğlubiyyəti ilə barışmağa hazırlaşır. Buna görə də Köçəryan ötən gün axşam saatlarından, seçki nəticələrinin açıqlanmağa başladığı andan “yoxa çıxdı”: nə sosial şəbəkədə münasibət bildirdi, nə də mediaya açırlama verdi. Belə görünür ki, Köçəryanın hamiləri ilə problemləri var. Ən azı ona görə ki, 2020-ci ilin dekabrında cəmi 1,5 faiz reytinqi olan Köçəryanın ətrafında Rusiyaya bağlı qüvvələrin cəmləşdirilərək, böyüdülməsi qarşılığında ikinci prezident vəd etdiyi nəticəni göstərə bilməyib. Hazırda isə seçki nəticələrinə etiraz etmək üçün Rusiyanın siyasi dəstəyinə də ümid edə bilməz, artıq KTMT-nin müşahidə missiyasının simasında Rusiya seçki ilə bağlı mövqeyini ifadə edib.

İrəvanda seçkiyə etiraz etmək üçün küçələrə çıxmağa Köçəryanın və Sərkisyanın nə elektoratı, nə xarici dəstəyi, nə də cəsarət və kişilikləri var.

Belə anda “Qarabağ klanı” yalnız Qarabağdakı ermənilərə ümid edə, orda ehtirasları coşdura və daha sonra Ermənistana transfer etməyə çalışa bilər. Bu, həm də Arutyunyanın tutduğu mövqeyə görə “Qarabağ klanı”nın aqressiyasıdır. Belə ki, İkinci Qarabağ savaşında acınacaqlı məğlubiyyətə uğrayan baş naziri seçkilərdə qələbə münasibəti ilə Qarabağ separatçılarının başçısının ilk təbrik edənlərdən olması fərqli təsəvvür yaradır. Belə məlum olur ki, Arutyunyanın timsalında Qarabağın erməni separatçıları yeni reallığı qəbul etməyə hazırdırlar və bu fakt bütün dünyaya bir mesaj kimi qəbul olunur.

Buna görə də Köçəryan siyasət dənizində boğulmamaq üçün “saman çöpünə” əl atıb. Ancaq indi sovet dövrü, il 1988-ci il deyil, Qarabağda isə rus sülhməramlılarının həftədə 5 kq ərzaq yardımının ümidinə buraxılan, bütün gələcəklərini və ümidlərini itirmiş 30 min uşaq və yaşlıdan başqa “hərəkətverici qüvvə” yoxdur. İrəvanda keçirilən mitinqdə Köçəryanın tərəfdar sayını böyük göstərmək üçün küçələrə çıxarılan qarabağlılar artıq növbəti dəfə aldandıqlarını anlayırlar.

Xankəndidəki “aksiya” da çarəsizlikdən doğan hikkədən başqa bir şey deyil. Bunu aksiyanın idarəedilməsindən tutmuş azsaylı iştirakçıya qədər, eyni zamanda "aksiya"da sanki təmiz hava almaq üçün gəlirlərmiş kimi iştirak edilməsindən də hiss etmək mümkündür (Foto təqdim edilir).

Tarix
2021.06.21 / 21:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla