Yuxarı

3 nazir Qafqaza gəlir: AB regionda aktivləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək istəyir. Xüsusilə də AB-nin şərqə doğru genişlənməsi çərçivəsində bu ölkələr həyati əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin mandatı əsasında 24-26 iyun tarixlərində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Azərbaycan, Gürcüstan və Ermənistana baş tutacaq səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, AB-nin birdən-birə Cənubi Qafqaz ölkələrinə marağının artmasının əsas səbəbi 44 günlük müharibə və onun regionda yaratdığı yeni reallıqlardır:

“ AB Şərq Tərəfdaşlığı proqramı çərivəsində 6 postsovet ölkəsi - Maldova, Ukrayna, Polşa, Azərbaycan, Gürcüstan və Ermənistan ilə işləyirdi. Lakin Birlik uzun müddət Cənubi Qafqaz ölkələri ilə bağlı bir çox problemlə üzləşib. Azərbaycanın 27 ildir münaqişə şəraitində olması, Gürcüstanda daxilində separatizmin güclənməsi, Ermənistanın isə ikili hərəkət etməsi AB-nin Cənubi Qafqaz ölkələri ilə arzuolunan səviyyədə əməkdaşlıq qurmasına maneə törədirdi.

10 noyabr bəyanatından sonra regionda sülhün bərqərar olması, eyni zamanda kommunikasiyaların bərpa olması istiqamətində işlərin görülməsi yenidən AB-nin regiona marağını artırıb. Digər tərəfdən, AB istər 44 günlük müharibə öncəsi, istərsə də ondan sonra regional siyasətdə zəif qaldığını anlayır. Rusiya, ABŞ və Türkiyənin hazırda regionda aparıcı yol oynaması AB-nin də hərəkətə keçməsini zəruri edir. Görünür, AB regiona qayıtmaq istəyir”.

Tarix
2021.06.22 / 14:44
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla