Yuxarı

Хəzərdə 100-dən çox nərə balığını ovlayanlar həbs olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Хəzərdə 100-dən çox nərə balığını ovlayanlar həbs olundu

Bir qrup şəxsin qanunsuz balıq ovlaması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Elmar Babayevin təşkilatçılığı və rəhbərliyi ilə Bəhruz Mirzəyev, Raqib Əhmədov, Xəyal Bəxtiyarov və Qismət Mürşüdov nərə cinsli balıqların qanunsuz ovlanması məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeydiyyatsız və bort nömrəsiz, «Bayda» tipli üzmə vasitəsi ilə 2021-ci il iyunun 15-dən 19-dək olan müddətdə Xəzər dənizindən qanunsuz olaraq 620 kq çəkidə 106 ədəd nərə cinsli balıq tutmaqla ümumilikdə təbiətə 21 min 200 manat, yəni külli miqdarda ziyan vurublar.

Qeyd edilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3 (qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında balıq və digər su bioresurslarının qanunsuz tutulması) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2021.06.23 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla