Yuxarı

İrəvan mina xəritələrini verməlidir - Şennak

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Katibliyinə müraciət edəcəyəm. Əgər razılıq olarsa və Azərbaycan tərəfi də buna etiraz etməzsə, vəziyyəti öz gözlərimlə görmək üçün azad edilmiş ərazilərə, Ağdama getmək istəyirəm.

İlk dəfədir ki, ölkəniz üzrə həmməruzəçi belə bir bəyanata öz imzasını qoyur. Səbəb çox sadədir. Münaqişənin başa çatması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanat imzalanıb. Bu Bəyanatda iki çox mühüm bənd var. Birincisi, Ermənistan mina xəritələrini təhvil verməlidir, Azərbaycan isə düşmənin əsgərlərini geri qaytarmalıdır.

Axar.az xəbər verir ki, bu fikirləri AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azərtac-a müsahibəsində deyib.

O bildirib ki, mina xəritələrinin verilməsi çox vacibdir, çünki minalar dinc insanların ölümünə səbəb olur.

“Bütün dünyaya bəyan edirik ki, ərazilərin minalanmasını dayandırın. Bu səbəbdən də Azərbaycanın bu xəritələri əldə etməsi mühüm əhəmiyyət daşıyır. Artıq sülhün bərqərar olmasının, iki dövlətin yanaşı, dinc yaşamasının vaxtı çatıb. Bunun üçün qarşılıqlı etimad, inam formalaşdırılmalıdır. İyunun 12-də əldə edilmiş belə razılaşmaların gələcəkdə də mümkün olacağına inanıram. Avropa Şurası Katibliyinə müraciət edəcəyəm. Əgər etiraz olmazsa, Azərbaycan tərəfi də buna etiraz etməzsə, mən vəziyyəti öz gözlərimlə görmək üçün azad edilmiş ərazilərə, o cümlədən Ağdama getmək istəyərəm”, - deyə AŞPA-nın avstriyalı üzvü və qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak vurğulayıb.

Tarix
2021.06.23 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla