Yuxarı

İlham Əliyevin imzalı fotosu hərracda satıldı - Qiymət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin imzalı fotosu hərracda satıldı - Qiymət

İlham Əliyevin internet üzərindən hərraca çıxarılan fotosu bu gün 112,5 dollara satılıb.

"Axar.az"ın məlumatına görə, fotonu almaq istəyən iştirakçılardan ən yüksək məbləği – 112.50 dolları təklif edən şəxs orijinal avtoqraflı prezident fotosunun sahibi olub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin orijinal avtoqraflı fotosu beynəlxalq auksion saytlarından birində satışa çıxarılmışdı. Rusiya Federasiyasının Tula əyalətindən satışa çıxarılan foto üçün ilkin qiymət 0,99 ABŞ dolları müəyyən edilmişdi.

İlham Əliyevdən başqa digər ölkələrin prezidentlərinin, dövlət xadimlərinin, eləcə də dünyaca məşhur sənətçilərin avtoqraflı fotolarının eyni saytda satışı keçirilir. Məlumat üçün bildirək ki, bu gün Polşa prezidentinin imzalı şəkli 69,99 dollara, ABŞ prezidentləri olmuş Cerard Ford və Cimmi Karterin xanımları ilə birgə çəkdirdikləri avtoqraflı şəkil isə 29,99 dollara satıldı.

Tarix
2014.01.03 / 23:06
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla