Yuxarı

Şuşa Bəyannaməsinin ardınca sürətli səfərlər: TŞ aktivləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:52

Bu ilin noyabr ayında Türk Şurasının İstanbulda keçiriləcək 8-ci Zirvə görüşünə Türkmənistan prezidenti də şəxsən qatılacaq. Zirvə görüşünə ciddi hazırlıq gedir.

Axar.az xəbər verir ki, iyun ayının 15-də Türkiyə və Azərbaycan prezidentlərinin Şuşa Bəyannaməsini imzalamasından sonra türk dünyasında diplomatik aktivlik müşahidə olunur. Belə ki, 16 iyunda Türk Şurasının Baş katibi Bağdad Amreyev Şuşa Bəyannaməsi haqqında rəsmi şəkildə bəyanat yaydı. 20 iyunda Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdinin Bakıya, 28 iyunda Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarovanın Macarıstana, 30 iyunda Bağdad Amreyevin Türkmənistana, 30 iyunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Qırğızıstana səfəri baş tutub.

Bugün isə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Bakıya gəlib.

Sadalanan səfərlər fonunda İstanbuldakı Zirvə görüşündə türk dünyasının gələcəyinə təsir edəcək 4 önəmli qərarın qəbulunu ehtimal etmək mümkündür:

- Şuşa Bəyannaməsinin genişləndirilmiş şəkildə Türk Şurasının ümumi sənədi kimi qəbulu;

- Macarıstanın təşkilatın tamhüquqlu üzvü olması;

- Türkmənistanın xüsusi bir statusla təşkilata üzvlüyü;

- Türkiyədən başqa digər türk dövlətlərinin də Şuşada konsulluq açması...

Tarix
2021.07.02 / 14:08
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla