Yuxarı

Möhtəşəm fərman: Şərqi Zəngəzur rayonu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Möhtəşəm fərman: Şərqi Zəngəzur rayonu - Video

09:00

Zəngəzur bütövlükdə tarixi Azərbaycan torpağıdır. Qərbi Zəngəzur torpaqları 1921-ci ilin iyulundan 1929-cu ilin fevralın 18-dək SSRİ-nin, xüsusilə Sovet Rusiyasının təzyiqi ilə xalqımızın iradəsinə zidd şəkildə Ermənistan SSR-yə verilib.

Bunu Axar.az-a açıqlamasında tarixçi alim, professor Cəbi Bəhramov deyib. Onun sözlərinə görə, tarixin bütün dövrlərində Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olub:

“1920-ci ilədək Zəngəzurda yaşayan əhalinin 90%-i azərbaycanlılar idi. Əgər Çar Rusiyasının 1829-1830-cu illərdə başlatdığı erməni köçü olmasaydı, buradakı əhalinin yüz faizi azərbaycanlı olardı. Sovetlər Azərbaycanı işğal edəndən sonra ümumi sahəsi 4,5 min kvadrat kilometr olan dörd rayonu - Qarakilsəni, Gorusu, Qafanı və Meğrini Ermənistana verdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu da türk dünyasının kürəyinə sancılan bir xəncər idi”.

Qarabağ iqtisadi rayonunun yaradılmasından da bəhs edən alim bunun tarixi zərurət olduğunu vurğulayıb:

“Bu region ölkəmizin siyasi, sosial-iqtisadi həyatında müstəsna yeri olan bir ərazidir. Coğrafi şəraitinə, təbii sərvətlərinə görə xüsusi əhəmiyyət kəsb edən bir ərazidir. Ölkə başçısının verdiyi fərman çox yerindədir. Bu fərman həm də tarixi bir zərurətdir. Torpaqlarımız işğaldan azad ediləndən sonra burada infrastrukturun yenidən qurulması üçün genişmiqyaslı işlər aparılır. Yaxın 5 ildə bu ərazilərin ölkəmizin iqtisadiyyatında böyük rol oynayacağı şübhəsizdir”.

Tarix
2021.07.08 / 13:06
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla