Yuxarı

Bakı və Ankara strategiyası: yeni güc ortaya çıxır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Ankara strategiyası: yeni güc ortaya çıxır

Ermənistan adlı geostrateji proyektin silahlı dəstələrinin son günlər Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini ardıcıl olaraq atəşə tutması təsadüfi deyil. Səbəb Azərbaycanın yaratdığı yeni reallıqlara münasibətdə siyasi həzmsizlik sindromu yaşayan bəzi regional güc mərkəzlərinin pozuculuq niyyətindən qaynaqlanır. Təzahür isə dünya erməniliyinin çarəsiz çırpınışlarını əks etdirir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Nurlan Qələndərli deyib.

Politoloq sözlərinə görə, bu cür mövqe və vasitələrlə türk dünyası coğrafiyasının Avrasiyanın geoiqtisadi cazibə mərkəzindən geosiyasi qüvvə qütbünə çevrilməsinin qarşısını almaq mümkün deyil:

“Zəngəzur dəhlizi isə Asiyadan Avropaya uzanan geniş coğrafiyada “heartland” nöqtələrindən birinə çevriləcək. Ən əsası, yeni mərhələdə - postkonflikt erasında Azərbaycan və Türkiyənin birgə strateji təşəbbüsləri dünya siyasətində yeni miladın başlanğıcı olacaq. Bu geostrateji gerçəkliklər fonunda beynəlxalq münasibətlər sistemində çoxqütblü idarəetmə sisteminə transformasiya - keçid labüddür.

Nəhayət, öz gücünü döyüş meydanında göstərən Azərbaycan Ordusu, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu açıq düşmənimizin və onun himayədarlarının istənilən təxribat cəhdinin qarşısını almağa hazırdır. Onlara məlumdur ki, Əlahiddə Ümumqoşun Ordu uğurlu Günnüt əməliyyatından sonra Vətən müharibəsində də yüksək döyüş hazırlığına malik olduğunu sübuta yetirib və torpaqlarımızın işğaldan azad edilməsində, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasında müstəsna xidmətlər göstərib!”

Tarix
2021.07.18 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla