Yuxarı

“Şəhid olmağım üçün Allaha dua edirəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dövləti istənilən vaxt öz torpaqlarını 24 saat ərzində azad edə bilər. Amma müharibənin Ermənistan üçün hansı fəsadlar yaradacağını erməni xalqı indidən dərk etməlidir".

"Axar.az"ın məlumatına görə, bu sözləri millət vəkili Adil Əliyev öz "feysbuk" statusunda yazıb. A.Əliyev daha sonra qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün çıxışlarında işğal altında olan torpaqlarımızın müharibə yoluyla azad oluna bilinəcəyini bəyan etməsi hər zaman Ermənistan üçün siqnal olmalı və bu, onları narahat etməlidir:

- Təəssüflər olsun ki, işğalçı Ermənistan sülh şəraitindən sui-istifadə edir və özünə vaxt qazanır. Bu, sona qədər davam edə bilməz. Bu məsələdə beynəlxalq qurumların fəaliyyətsizliyi də işğalçı ölkəni ruhlandırır. Bu gün Azərbaycanın güclü ordusu var və ordu hücum əmrini gözləyir. Ermənistan rəhbərliyi unutmasın ki, Azərbaycan öz torpaqlarını 24 saat ərzində azad edər. Ordu bu əmri hər an icra edə bilər.

Azərbaycan hərbi gücünü öz imkanları daxilində gücləndirdikcə, buna cavab olaraq da bəzi qüvvələr Ermənistanı silahlandırır və ona hər cür dəstək verirlər. Bölgədə balansı "tarazlaşdırmağa" çalışırlar. Amma bu mümkün deyil. Ermənistanın iqtisadi imkanları getdikcə tükənir, insanlar rahat yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Ölkə miqrasiya axını ilə üz-üzədir. Təsadüfi deyil ki, hələ bir neçə il bundan öncə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Qarabağ müharibəsi başlayan zaman ölkədə 4 mln əhalinin yaşadığını, indi isə 2,4 mln insanın qaldığını Rusiya mətbuatına verdiyi müsahibəsində qeyd etmiş, ölkənin gerçək mənzərəsini açıq-aydın göstərmişdi.

Bu gün Ermənistanda elə hərbi hissələr var ki, formalaşa bilmir. Çünki insan resursı çatmır. Hesab edirəm ki, Ermənistanın əsas funksiyası Türk Dünyasına qarşı plasdarm kimi istifadə olunmasıdır. Ermənistan forpost bir ölkədir və lazım olan qüvvələr tərəfindən də Türk Dünyasına qarşı istifadə olunur.

P.S. Mən vətənimin hər guşəsini sevirəm və vətənim üçün şəhid olmağa hazıram. Hər dəfə Allaha dua edirəm ki, məni vətən və torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki, boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə deyirəm... Əminəm ki, ölkəmizin gələcəyi üçün bu addımları ata biləcək insanlar çoxdur. Günü-gündən də çoxalır. Bu gün Prezidentimizin arxasınca gedənlərin böyük əksəriyyəti sağlam gənclərdən ibarətdir və həmin gənclər Ali Baş Komandanın əmrini gözləyir.

Tanrı bizə belə şərəfli ölüm qismət eləsin. AMİN!

Tarix
2014.01.05 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla