Yuxarı

Biz Gəncədə gördüklərimizi Fransaya çatdıracağıq - Düma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana səfərimizin məqsədi müharibədən zərər çəkmiş və işğaldan azad edilmiş ərazilərə baş çəkməkdir. Missiyamıza ilk olaraq Gəncə şəhərindən başladıq. Görürük ki, şəhərin mərkəzində heç bir hərbi obyektin olmasına baxmayaraq, buraya bomba atılıb. Biz bu dağıntılara baxdıq. Verilən məlumata görə, onlarla mülki şəxs həyatını itirib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə tanış olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Frederik Düma jurnalistlərə açıqlamasında bildirib.

“Çox istərdik ki, fransızlar bu hadisələr barədə obyektiv məlumat alsınlar. Ona görə də biz - Dostluq Qrupunun üzvləri hadisə yerinə gəldik ki, gördüklərimizi Fransa ictimaiyyətinə çatdıraq. Çünki Fransada bir çoxları bu hadisədən xəbərsizdir. Artıq münaqişə başa çatıb. İndi regionda sülhün bərqərar olması lazımdır və biz buna ümid edirik.

Qeyd etmək istərdim ki, Fransa ictimaiyyətində belə bir fikir formalaşıb ki, ermənilər azərbaycanlılara qarşı heç bir müharibə cinayəti törətməyib. Biz isə öz gözlərimizlə görürük ki, sivil insanlara qarşı hücumlar olub. Bu da müharibə cinayətləri kimi qiymətləndirilə bilər”, - deyə Frederik Düma vurğulayıb.

Tarix
2021.07.23 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla