Yuxarı

Polad Bülbüloğlu İrəvana çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı İrəvanı sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır, Qarabağdakı müharibə bitdi.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibəsində deyib.

"Müharibənin bitdiyini, qarşıdurmanın keçmişdə qaldığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, sülh müqaviləsi imzalamasına və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşdığımızı dəfələrlə bildirmişik”, - deyə səfir qeyd edib.

O bildirb ki, erməni tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini təxirə salmağa çalışır və bununla da bütün bölgənin hərtərəfli inkişafı üçün yeni şərtlərin yaradılmasına mane olur:

“Dövlət başçılarımız tərəfindən təyin olunmuş tapşırıqları yerinə yetirmək üçün maksimum səy göstərməliyik”.

Rus sülhmərmalılarının qalma müddətinə gəlincə, diplomat bildirib ki, bu gün bu barədə danışmaq hələ tezdir:

“Azərbaycan Respublikası ərazisində müvəqqəti məskunlaşmış Rusiya Federasiyasının sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar vəzifələrin icrasını davam etdirir”, - deyə Bülbüloğlu vurğulayıb.

Tarix
2021.07.28 / 15:37
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla