Yuxarı

Paşazadə Ermənistanın dini lideri olacaq - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Qafqazın Şeyx Allahşükür Paşazadəyə hər zaman hörməti olub və bundan sonra da olacaq. A.Paşazadənin həmin sözləri ilə razılaşmıram, amma mən bir dini liderin fikirlərini müzakirə etmək istəmirəm.

Axar.az xəbər verir ki, bunu Bakıpost.az-a açıqlaqmasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, A.Paşazadə öz çıxışında təkcə İranın deyil, həm də Türkiyənin adını çəkib:

“Qafqaz Müsəlmanları İdarəsinin sədri tək Azərbaycanın deyil, Dağıstanın, Gürcüstanın da dini lideridir. Gələcəkdə Ermənistanın da (oraya azərbaycanlılar qayıdanda) dini lideri olacaq. Necə ki, 1988-ci ilə qədər Ermənistan müsəlmanlarının da lideri idi. Mən də onun həmin fikirləri ilə razı deyiləm, çünki İran Ermənistana silah verirdi. Əgər A.Paşazadə İranla bağlı fikirlər söyləyibsə, bu, onun fikridir. O, məsələyə başqa cür yanaşıb, mən dini liderin fikirləri ilə razı olmasam da, onu müzakirə etmək istəmirəm. Çünki o, bizim dini liderimizdir. İranla bizi düşmən etməyin də heç bir adı yoxdur”.

A.Abbas Şeyxülislamın söylədiklərinə qarşı səslənən əks fikirlərin gələcəkdə İranla Azərbaycan arasında olan münasibətlərə mənfi təsir göstərməyəcəyi qənaətindədir:

“Bu, iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilməz. Dövlətlərarası münasibət başqa, şəxslər arasında olan münasibətlər başqadır. Bu fikirlərin dövlətlərarası münasibətlərlə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, A.Paşazadə “Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fitva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikri cəmiyyətdə geniş rezonans yaradıb.

Tarix
2021.07.28 / 16:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla