Yuxarı

Ordumuz erməni postunu darmadağın edib çıxdı – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz erməni postunu darmadağın edib çıxdı – Foto

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində iki əsgərimizin yaralanmasına cavab olaraq Ordumuzun cavab zərbələrinin nəticələri barədə erməni mediası eksklüziv fotolar paylaşıb.

Axar.az xəbər verir ki, fotoda ermənilərin ərazidə mərkəz funksiyasını yerinə yetirən möhkəmləndirilmiş postunun darmadağın edildiyi aydın görünür. Belə ki, bu post bir neçə gündür ermənilərin Kəlbəcər istiqamətində təxribatlarında “baza” rolunu oynayıb.

Bu gecə ermənilərin növbəti təxribatından sonra Azərbaycan Ordusu erməni təxribat nöqtələrini susdurmaq əməliyyatına başlayıb. Bu sırada ermənilərin güvəndiyi möhkəmləndirilmiş sözügedən hərbi post da darmadağın edilib.

Azərbaycan Ordusu Rusiyanın çağırışı ilə atəşkəs qərarı verdikdən sonra ermənilər Geqarkunik istiqamətindəki sərhəd ərazidə yerləşən posta qayıtmağa nail olublar.

Qeyd edək ki, rəsmi məlumata görə, Ermənistan ordusu bugünkü atışmada 3 əsgər itirib (biri zabitdir), 5 əsgəri isə yaralıdır. Erməni Teleqram kanalları isə məhv edilən erməni əsgərlərin sayının 5 olduğunu yazıblar.

Tarix
2021.07.28 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla