Yuxarı

Bakı NATO təliminə qoşuldu - Kremldən reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı NATO təliminə qoşuldu - Kremldən reaksiya

Kreml hesab edir ki, NATO-nun Gürcüstandakı təlimləri diqqətli izləmək üçün predmetdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının Moskvanı təhlükəsizliyin təmini üçün tədbirlər görməyə məcbur etdiyini bildirib.

Azərbaycanın NATO təlimində iştirakına münasibət bildirən Peskov Bakının suveren dövlət olduğunu söyləyib:

“Azərbaycan suveren dövlətdir, biz Azərbaycanla ikitərəfli münasibətlərimizə qiymət veririk. Bu, tərəfdaşlıq münasibətləridir və bu münasibətlərin gələcək inkişafı üçün ümumi siyasi iradə də var. Əlbəttə, bizim üçün vacib odur ki, bu cür təlimlərin ssenariləri bizim ölkəyə qarşı hansısa fəaliyyət nəzərdə tutmasın”.

Qeyd edək ki, Gürcüstanda NATO-nun “Agile Spirit” təliminə start verilib. Təlimdə Azərbaycan da daxil olmaqla, 15 ölkə iştirak edir.

Tarix
2021.07.29 / 14:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla