Yuxarı

Eldar Həsənov təcili DTX Hospitalına köçürüldü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldar Həsənov təcili DTX Hospitalına köçürüldü

Sabiq baş prokuror və səfir, DTX təcridxanasında olan Eldar Həsənov bu gün yenidən DTX-nın Hərbi Hospitalına köçürülüb.

Axar.az xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, buna səbəb 31 iyulda Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında Eldar Həsənovun istintaq hərəkəti zamanı növbəti başgicəllənməsi isə yıxılması olub:

“Şənbə və bazar günü təcridxanada tibb personalı olmadığından, ona dərhal yardım göstərilməsi mümkün olmadı. Bu gün Eldar Həsənov yenidən DTX-nın Hərbi Hospitalına köçürüldü. Onda aşkar olunan paroksizmal pozision vertiqonun əslində müalicəsi yoxdur, profilaktikası vardır və həbs şəraitində bu, mümkün deyil. Ömürlük xəstəlikdir, daimi başgicəllənmələr olacaq”.

C.Cavadov bütün bunları və müvəkkilinin 66 yaşının olmasını nəzərə alaraq, Baş prokurordan Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığına buraxılması üçün təcili məhkəməyə təqdimat verməsini xahiş edib.

Tarix
2021.08.02 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla