Yuxarı

Muğlada 5 kəndin əhalisi təxliyə olunur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muğlada 5 kəndin əhalisi təxliyə olunur

Avqustun 4-də Muğla vilayətinin Köyceğiz rayonundakı meşə yanğınlarının şiddətlənməsi beş kəndin əhalisinin təxliyəsinə səbəb olub.

Axar.az xəbər verir ki, rayonun Çayhısar, Sazak, Pınar, Zeytinalanı və Bəyabbası kəndlərinin əhalisi təhlükəsizlik məqsədilə tam şəkildə köçürülüb.

Türkiyəyə qardaş yardımına gələn azərbaycanlı yanğınsöndürənlərin böyük bir hissəsi Bakı vaxtı ilə saat 14:30 radələrində Sazak kənd məscidinin ərazisinə gəliblər. Burada yanğınsöndürənlərimiz müəyyən olunan təyinat üzrə işlərini davam etdirəcəklər. Bölgəyə yardım üçün gələn qüvvələrin əsas hissəsi buradan idarə olunur.

Hazırda rayonun dörd bir tərəfindən yanğınlar müşahidə olunur. Daxili yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yanğının asfalt yolları əhatə etməsi ciddi risklər yaradıb. Zəruri işlər, o cümlədən təxliyə yanğın dövründə salınmış alternativ torpaq yollarla həyata keçirilir.

Qatı tüstü və duman ətraf ərazilərdə nəfəs çatışmazlığı yaradıb.

Yanğınların qarşısını almaq üçün helikopter, ağır texnika və yağınsöndürən maşınların intensiv çalışır.

Tarix
2021.08.04 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla