Yuxarı

FHN Türkiyədə İES-ləri nəzarətə götürdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy İstilik Elektrik Stansiyasında (İES) yanğına səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, FHN-in Türkiyədə olan yanğın-xilasetmə qüvvələri bununla əlaqədar yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını avqustun 5-də səhər saatlarında söndürməyə müvəffəq olublar. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İES-ə keçməsinin qarşısı alınıb.

Hər iki İES-in bölgənin elektrik enerjisi ilə təchizatında strateji rol oynadığı nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb. FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev bununla əlaqədar stansiyaların yanğına qarşı etibarlı mühafizəsinin təşkili məqsədilə yerli məsul vəzifəli şəxslərlə görüşüb. Görüşdə bu istiqamətdə fikir mübadiləsi aparıb, atılacaq qabaqlayıcı addımlar müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in Türkiyəyə göndərilmiş müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.

Tarix
2021.08.05 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla