Yuxarı

Əgər Türkiyə ordu modelinə keçiriksə… - Hərbi ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər Türkiyə ordu modelinə keçiriksə… - Hərbi ekspert

Orduda xidmət edən şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması üçün yeni təlim poliqonlarının inşası çox vacibdir və böyük əhəmiyyət daşıyır. Hazırki durumda Azərbaycan əgər türk ordu modelinə keçidi hədəf kimi qarşısına qoyubsa, ordunun say tərkibinin artılırması üçün addımlar atılırsa və Quru Qoşunları komandanlığı yaradılırsa, Kəlbəcərdə bu addımın atılması gözlənilən idi.

Bunu Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev müdafiə naziri Zakir Həsənovun Kəlbəcərə səfərini şərh edərkən deyib. Ekspert həm də Vətən müharibəsindən sonra hərbçilərimizin xidmət sahələrinin genişləndiyini bildirdi:

“Vətən müharibəsi başlayana qədər də bizim hər bir hərbi birliyin, hətta ön xəttə yaxın yerləşən bölmələrimizin özlərinin təlim poliqonları olub. Artıq hərbçilərimiz Laçında və Kəlbəcərdə döyüş növbətçiliyinə cəlb olunursa, onların təlim poliqonları xidmət etdikləri ərazinin yaxınlığında yerləşməlidir ki, həm xidmət getsin, həm də mütəmadi şəkildə təlimlər keçirilə bilsinlər. Bu, eyni zamanda, hərbçilərimizin real relyef şəraitinə uyğun şəkildə təchiz edilmiş poliqonlarda peşəkarlıq səviyyəsinin artırılmasına imkan verəcək. Kəlbəcərdə hərbi infrastrukturun yaxşılaşdırılması üçün atılan addımlar kifayət qədər ciddidir və zamanında atılıb”.

Tarix
2021.08.07 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla