İnsultdan qaçmağın ən asan və sadə yolu
02:00
Ana səhifə Gündəm |
Biləsuvarda polis leytenantını avtomobillə vurublar.
"Axar.az"a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, "Mersedes" markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün ərazidə xidmətdə olan RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov "saxla" işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti "BMW" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.
Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi "Mersedes" markalı avtomobildə saxlanılıb.
R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib.
Biləsuvar Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Tarix
2014.01.06 / 13:37
|
Müəllif
Axar.az
|