Yuxarı

Şərh: Makron İrəvanda bu 4 “şərti” dilə gətirəcək – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:30

Emmanuel Makronun payızda Ermənistana baş tutacaq səfəri heç bir müsbət şey vəd etmir. O, istər 44 günlük müharibədən öncə, istərsə də müharibədən sonrakı çıxışları ilə Fransanın heç də tərəfsiz olmadığın sübut edib. Çətin ki, rəsmi Paris bundan sonra bu siyasətini dəyişsin.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransa Prezidenti Emmanuel Makronun payızda Ermənistana baş tutacaq səfərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Makronun bundan öncəki mövqeyini payızda İrəvanda təkrarlayacaq:

“Birincisi, Makron ATƏT-in Minsk Qrupunun yenidən “prosesə“ qayıtmasının vacibliyindən bəhs edəcək.
İkincisi, “Dağlıq Qarabağ”da erməni əhalinin təhlüksəziliyinin qorunmasını xüsusi vurğulayacaq.

Üçüncüsü, Qarabağdakı “erməni abidələrinin“ qorunmasından danışacaq.

Dördüncüsü, sərhədlərin demarkasiya və delimitasiyası zamanı Azərbaycanın Ermənistan ərazisinə müdaxiləsinin yolverilməz olduğunu bildirəcək.

Makron bugünə qədər bu fikirləri bir neçə dəfə səsləndirib. Ehtimal ki, payızda da İrəvanda ümumiləşdirib yenidən deyəcək”.

T.Rzayevin sözlərinə görə, Fransa prezidenti həqiqətən də ölkəsinin tərəfsiz olduğunu göstərmək istəsə idi, payızda təkcə Ermənistana deyil, həm də Gürcüstan və Azərbaycana səfər edərdi.

Tarix
2021.08.24 / 15:31
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla