Yuxarı

Nikol düz etdi, əks halda bu, müharibə səbəbi olacaqdı... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:30

Ermənistan Baş naziri Nikol Paşinyanı nə Qarabağ, nə də Qarabağdakı qondarma “müstəqillik günü” maraqlandırır. Belə olmasaydı, o, avqustun 31-dən sentyabrın 3-nə kimi məzuniyyətə çıxıb Soçidə istirahət etməzdi. Gec də olsa, erməni siyasi dairələri başa düşür ki, özgə torpağından vətən olmaz.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan rəhbərliyindən heç kimin Qarabağdakı qondarma “müstəqillik günü” tədbirlərinə qatılmaması haqda danışarkən deyib.

Q.Hüseynlinin sözlərinə görə, Ermənistan rəhbərliyi anlayır ki, indki halda Qarabağdakı qondarma “müstəqillik günü” tədbirlərinə qatılmaq rəsmi Bakıya açıqca meydan oxumaqdır:

“Ermənistan artıq bir dəfə bu səhvi edib: Baş nazir Nikol Paşinyanın Qarabağa səfər etməsi, Cıdır düzündə sərxoş halda yallı getməsi qanunsuz inauqurasiya mərasimi təşkil etməsi və s. Paşinyanın bu davranışları məhz 44 günlük müharibənin başlamasında əsas səbəb oldu. Digər tərəfdən, Ermənistan rəhbərliyi də anlayır ki, ölkələri yeni bir müharibəyə girəcək gücə sahib deyil. Mövcud erməni iqtisadiyyatı, müharibənin qapanmayan yaraları, narazı valideynlər, daxildəki siyasi xaos, darmadağın olmuş ordu Ermənistanın düşünməli olduğu başlıca problemlərdir. Yəni bu problemlər ola-ola Ermənistan rəhbərliyindən kiminsə Qarabağdakı qondarma “müstəqillik günü”nə qatılması ağılsız bir davranış olardı. Bu Azərbaycana müharibə səbəbi vermək deməkdir.

Digər tərəfdən, Azərbaycan tərəfi də belə bir şeyin baş verməsinə çətin ki, razı olsun. Ordumuz da, xalqımız da istənilən erməni təxribatına layiqli cavab verəcək gücdədir”.

Politoloq bildirib ki, Qarabağda yaşayan ermənilər, xüsusən də onların ziyalıları reallıqla barışmalıdır:

“Qarabağda qondarma “müstəqillik günü” keçirənlər erməni xalqının əsas düşmənləridir. Bu şəxslər boş bir xülya ilə yaşayan, işğalı davam etdirməyə və fəlakətlərə can atan insanlardır. Hər kəsdən öncə erməni ziyalıları bu və bu kimi şəxslərə qarşı mübarizə aparmalıdır. Qarabağda ikinci bir müstəqil erməni dövləti olmayacaq. Bu artıq reallıqdır. Qarabağ erməniləri nə qədər tez bu reallıqla barışıb Azərbaycan vətəndaşlığını qəbul etsələr, bu, onların özü üçün yaxşı olacaq. Təbii ki, heç kəsə "Azərbaycan vətəndaşı ol" deyə bilmərik. Bu reallığı qəbul edə bilməyənlər dünyanın istənilən ölkəsinə gedə bilər”.

Tarix
2021.09.01 / 10:55
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İsrailin dörd həbrçisi həlak oldu

Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Bayramov BMqT baş direktoru ilə görüşdü

"Sülhə tələsdirmirik" deyən Lavrova Mirzoyanın cavabı

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan

Leyla Əliyeva bu pavlyonu ziyarət etdi - Video

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla