Yuxarı

Zakir Həsənovun yeni təyinatındakı müəmma – Etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Kliniki Hərbi Hospitalın (MKHH) təxminən iki aydır vəzifəsinin icrasına başlayan rəisi Tofiq Tağıyevə məharət dərəcəsinin verilməsi MKHH-də xidmət çəkən hərbi həkimlər arasında ciddi narazılığa səbəb olub.

Bu haqda "Axar.az"a Mərkəzi Hərbi Klinik Hospitalda xidmət çəkən hərbi həkimlər məlumat verib. Məlumatda bildirilir ki, hələ bir müddət əvvəl təcrübəsiz zabit hesab olunan Tofiq Tağıyevin birdən-birə ehtiyatdan çağırılıb baş leytenant rütbəsindən mayor rütbəsinə qaldırılması və MKHH kimi mühüm strateji obyektə rəis təyin olunması hospitalın tibbi personalı arasında narazalıqla qarşılanıb.

Bildirilir ki, məharət dərəcəsi adətən uzun illər rəhbərlik etdiyi sahədə göstərdiyi xidmətlərə və yüksək hərbi biliyə görə verilir. Mərkəzi Hərbi Klinik Hospitalda uzun illər xidmət çəkən təcrübəli hərbi həkimlər birinci və ikinci dərəcəyə sahib olurlar. Tofiq Tağıyev isə yeni vəzifəsinin icrasına başladıqdan iki ay sonra məharət dərəcəsinə yiyələnib.

Əldə etdiyimiz məlumatda yeni rəis haqda daha bir müəmmalı məqam isə onun vaxtilə tamam başqa bir ağır diqanoza görə ordudan tərxis olunmasıdır.

Xatırladaq ki, Mərkəzi Kliniki Hərbi Hospitalın sabiq rəisi uzun illər Müdafiə Nazirliyi sistemində çalışan tibb xidməti polkovniki Firudin Qarabəyov olub.

Tarix
2014.01.07 / 13:03
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla