Yuxarı

“Üç qardaş” alyansa çevrilə bilər? - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Üç qardaş” alyansa çevrilə bilər? - Səfir

Pakistan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə baş tutan ilk “Üç qardaş-2021” birgə hərbi təlimi həqiqətən də üç ölkə arasındakı müdafiə əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək tarixi hadisədir.

Bu sözləri Axar.az-a açıqlamasında Pakistanın ölkəmizdəki səfiri Bilal Haye “Üç qardaş-2021” təlimi ilə bağlı danışarkən deyib.

Səfirin sözlərinə görə, Pakistan, Azərbaycan və Türkiyə eyni zamanda üç ölkənin Xarici İşlər nazirlikləri və parlamentləri daxil olmaqla, müxtəlif üçtərəfli mexanizmlər altında bir çox sahələrdə əməkdaşlıq edir:

“Üç qardaş-2021” üç ölkə arasındakı sıx əməkdaşlığın daha bir təzahürüdür. Ancaq bu hərbi təlimi heç bir konkret nomenklatura ilə xarakterizə etməzdim. Biz Pakistanda bu inkişafı müdafiə və hərbi sahədə tarixi əməkdaşlığımızın davamı olaraq görürük. Bu təlimlər xüsusilə terrorla mübarizə qabiliyyətimiz üçün qüvvələrimizin hazırlığını daha da gücləndirəcək. Üç ölkə xarici güclərin təşkil və sponsorluq etdiyi terror fəaliyyətinin qurbanı olub. Ümid edirik ki, bu təlimlər qabiliyyətlərimizi artırmaqla yanaşı, həm də bizə bir-birimizin təcrübələrini öyrənmək imkanı verəcək”, - səfir bildirib.

Səfir gələcəkdə bu birliyin alyansa çevrilmək ehtimalından da danışıb:

“Bu təlimlərin məqsədinin müdafiə və hərbi qabiliyyətlərimizi inkişaf etdirmək olduğunu nəzərə alarsaq, digər həmfikir ölkələrin də bu təlimlərə qoşulma perspektivləri istisna deyil”.

Tarix
2021.09.13 / 16:51
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla