Yuxarı

Kərim Vəliyev türkiyəli ordu generalı ilə görüşdü - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim Vəliyev türkiyəli ordu generalı ilə görüşdü - Video

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Səlcuq Bayraqdaroğlu və Xüsusi Təyinatlı Qüvvələrinin komandanı diviziya generalı Ömər Ərtuğrul Ərbakan ilə görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşlərdə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı, həmçinin hərbi və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsindən danışılıb.

Son zamanlar iki qardaş ölkənin birgə təlimlərinin əhəmiyyəti xüsusi vurğulanaraq bu kimi təlimlərin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından müstəsna rol oynayacağı bildirilib və gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd edilib.

K.Vəliyev hazırda Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacib hesab etdiyini bildirib.

Müdafiə sahəsində əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə edilib.

Sonra Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ərazisi ilə tanışlıq keçirilib.

Sonda qarşılıqlı plaketlər təqdim olunub.

Tarix
2021.09.13 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla