Yuxarı

Tiflis cərimələri ləğv etdi. Bəs, bizdə? – Zahid Oruc

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis cərimələri ləğv etdi. Bəs, bizdə? – Zahid Oruc

Açıq havada maska istifadə etməməyə görə yazılmış cərimələrin bağışlanması, silinməsi, şərti olaraq desək, “pandemiya amnistiyası” sadəcə Milli Məclis üzvlərinin xoşməramlı çağırışı ilə baş verə bilməz. Burada hüquq-mühafizə orqanları, hakimiyyətin digər strukturları, xüsusilə də hökumətin müvafiq təmsilçiləri, Operativ Qərargah da iştirak etməlidir. Qeyd etdiyim qurumlar bu tədbirin sonrakı dönəmdə vətəndaşların qanun çərçivəsində müxtəlif məhdudiyyət rejimlərinə tabe olmasına təsirini mütləq araşdırmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, açıq havada maska taxmamağa görə yazılan cərimələrin silinməsi üçün geniş araşdırma, təhlil, müxtəlif xarakterli dəyərləndirmə və hesabatlara çox ciddi ehtyac var:

“Bir beyin mərkəzi kimi bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq. Qəti şəkildə bu məsələyə səthi formada yanaşmaq olmaz. Çünki öz-özlüyündə bu bağışlanma qərarı sonrakı dövrdə daha çox insanın yoluxmasına, cəzasızlığın genişlənməsinə, daha çox insanın həyatının zərbə altında qalmasına səbəb olacaqsa, bu, əks-effekt verəcək”.

Gürcüstan hökumətinin maska cərimələrinin silinməsi ilə bağlı qərarına gəlincə, deputat bildirib ki, bu, sosial akt deyil, siyasi mübarizədə xalqın rəğbətini qazanmaq üçün hakimiyyət tərəfindən həyata keçirilən tədbirdir:

“Gürcü müxalif qüvvələri də məsələni qeyd etdiyimiz kontekstdə qiymətləndirərək, iqtidarı məhz qarşıdakı, yəni oktyabrın 2-də nəzərdə tutulmuş seçkidə dolayı vasitələrlə rəğbət qazanmaq istəyində ittiham edir”.

Tarix
2021.09.14 / 12:36
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla