Yuxarı

Bakıya "Tiqranın xəritəsi"ni verməliyik? - Köçəryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya "Tiqranın xəritəsi"ni verməliyik? - Köçəryan

14:41

Mən bu məlumatı nə təsdiq, nə də təkzib edə bilərəm. Amma deyə bilərəm ki, atəşkəsdən sonra bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır.

Axar.az xəbər verir ki, bunu Ermənistran parlamentinin Mülki Müqavilə fraksiyasından olan deputatı Andranik Köçəryan erməni mətbuatında Azərbaycanla imzalanacaq müqavilə ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

“Təbii ki, biz bu mərhələyə daxil olmalı və gərginliyi azaltmaq və sülhü möhkəmləndirmək prosesini geridönməz hala gətirməliyik”, - Köçəryan bildirib.

Jurnalistlərin, “Niyə Bakı ilə demarkasiya və delimitasiya üzrə danışıqlar Sovet xəritələri əsasında aparılır” sualına Köçəryan belə cavab verib:

“Hansı xəritə olmalıdır ki? Böyük Tiqranın? Gəlin, xəritələri tanımayaq. Azərbaycan desin, bu ərazi mənimdir, biz də deyək, yox, mənimdir. Bu, dalandır. Əsas kimi bir xəritə götürülməli və bir-birimizlə danışıqlara başlamalıyıq”.

Digər deputat Artur Ovannisyan da deyib ki, hakimiyyət danışıqlar barədə faktları ictimaiyyətdən gizlətməməlidir.

Tarix
2021.09.17 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla