Yuxarı

Paşinyandan Zəngəzur mesajı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyandan Zəngəzur mesajı...

Paşinyanın mövqeyində mən nikbinlik görməyə tələsməzdim.

Axar.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib. Ekspert bilirib ki, Paşinyan Eyvazlı və Çayzəminin de-yure Azərbaycan olması faktını Ermənistanın sabiq rəhbərliyinin ayağına yazıb:

"Nikol Paşinyan əslində çıxışı ilə həm ölkədaxili siyasi rəqiblərinin, həm də Azərbaycanın üzərinə gedib. Diqqət yetirin ki, Paşinyan kəndlərin adını olduğu kimi qeyd etdikdən sonra bu yerlərin Azərbaycana aid olmasına şərait yaradan ərazi-administrativ bölgüsü haqda qanunu xatırladıb. Həmin qanun isə 2010-cu ildə Serj Sarqsyanın dövründə qəbul edilib. Başqa sözlə, Paşinyan kəndlərin de-yure Azərbaycan olması faktını Ermənistanın sabiq rəhbərliyinin "səriştəsizliyi" ilə əlaqələndirib.

Baş nazirin çıxışını kontekstdən çıxarmasaq, görərik ki, onun Azərbayana da üstüörtülü ismarıcı var. Paşinyanın fikrincə, Azərbaycanın Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindəki fəaliyyəti Ermənistanın öz ərazisindən heç bir dövlətə dəhliz verməyəcəyi ilə bağlıdır ki, Azərbaycan sərt mövqeni İrəvanın prinsipiallığının qarşılığında nümayiş etdirir. Azərbaycan gömrükçülərinin, polisinin Gorus-Qafan yolundakı fəaliyyətini misal gətirən Paşinyan onu da əlavə edib ki, istənilən dövlətin suveren ərazisindən başqa dövlətə gedən nəqliyyat vasitələri bu instansiyalarla üzləşəcək. Bununla da, o, təkrarən Naxçıvanı birləşdirəcək yola münasibətdə öz baxışlarını sərgiləmiş olub".

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin son iclasında deyib ki, "Ona görə Eyvazlı və Çayzəmi deyirəm ki, bunlar Ermənistan ərazisi deyil". Paşinyan daha sonra Gorus-Qafan avtomobil yolundakı son vəziyyətlə bağlı danışarkən "9 noyabr və 11 yanvar tarixli razılaşmalarda Ermənistan üzərindən dəhlizin təmin edilməsi haqqında bənd yoxdur" fikirlərini səsləndirib.

Tarix
2021.09.17 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla