Yuxarı

Makrondan Qarabağ açıqlaması: Fransa hazırdır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makrondan Qarabağ açıqlaması: Fransa hazırdır...

Fransa ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqun bərpasına kömək etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın müstəqillik günü ilə bağlı Ermənistan Prezidenti Armen Sərkisyana göndərdiyi təbrik məktubunda deyib.

Makron Fransanın bölgədə sülhün bərqərar olunmasında öz rolunu oynamağa çalışdığını və bu baxımdan, Qarabağdakı qanlı müharibədən sonra üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsində Ermənistanın yanında olduğunu vurğulayıb.

“Regional inkişaf və rifah naminə Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində münaqişənin davamlı həlli yolunda səylərimizi əsirgəməyəcəyik”, - Makron bildirib.

Qeyd edək ki, Fransa Qarabağda münaqişənin bitdiyini qəbul etmək istəməyən və hər vəchlə Minsk Qrupunu diriltməyə və Ermənistanın işğal siyasətini dəstəkləməyə çalışan ölkə kimi səylərini davam etdirməkdədir.

Tarix
2021.09.21 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla